Süd vəzi xərçəngi xronik, heterogen xəstəlik olaraq qəbul edilir. Qadınlarda ən çox rast gəlinən xərçəng növüdür (əsasən, 50 yaşdan yuxarı). Həyatı boyunca hər 8 qadından birində süd vəzi xərçəngi aşkarlanır (3/4-ü postmenopauzal, 1/4-i premenopauzal dövrdə olan qadınlar). 40 yaşdan yuxarı asimptomatik hər bir qadın ildə 1 dəfə, 20-40 yaş arası isə 3 ildə 1 dəfə süd vəzi müayinəsi etdirməlidir.
Risk faktorlar
Genetik faktorlar (BRCA 1 və BRCA 2 və digərləri - 5-10%)
Qeyri-sağlam həyat tərzi (alkoqol, artıq çəki, fiziki aktivliyin aşağı olması, uzunmüddətli stress vəziyyəti)
Süd vəzi xərçəngi xəstəliyinin simptomları
Kütlə (əsasən, ağrısız)
Gilədən (əsasən, qanlı) axıntı
Süd vəzi dərisində dəyişikliklər ("limon qabığı")
Gilənin içəri çəkilməsi
Müayinə triadası
Fizikal müayinə
Radiolojik (USM, mammoqrafiya, MRT)
Biopsiya
Nə qədər qəribə az rastlanan olsa da, müasir dövrdə kişilərdə də süd vəzilərdə xərçəngin yaranması riski artıb və artıq bu diaqnoz aşkarlanan kişilərin sayı artır. Əsas səbəb kişilərdə hormonal fonun pozulması və bərpa olmamasıdır. Eləcə də yaşı 60-a çatan kişilərdə bu risk artır.
Risk faktorlar
Genetik irsi səbəblər
Radiasion şüalanma - iş yeri, yaşayış yeri ilə bağlı
Tez -tez KT, rentgen müayinələrdən döş qəfəsinin keçirilməsi
Estrogen tərkibli qida və dərmanların qəbulu
Xayaların patologiyası
Alkoqoldan çox istifadə
Kimyəvi maddələlər zəhərlənmə, zərərli iş
Artıq çəki
Kişilərdə süd vəzi xərçənginin əlamətləri
Süd vəzilərinin birinin və ya ikisinin ölçüsünün böyüməsi, bərkiməsi, şişməsi
Süd vəzi giləsi ətrafında nahamarlıq, düyünlər
Gilədən axıntı
Dərinin qabıqlanması, quruması, qızarması
Qaşınma
Qolaltında limfa düyünlərinin böyüməsi
Süd vəzilərində istilik
Kişilərdə qadınlara nisbədən süd vəzilərin kiçik və hamar olması səbəbindən onlarda şişin tez müddətdə ətrafa yayılmasına səbəb olur. Kişilər hormonal disbalansı hiss etmir, ağrıya, dəyişikliyə fikir vermir, heç vaxt mammoloqa getmir, ümumiyyətlə süd vəzilərini UZİ etdirmir. Ona görə də qadınlara nisbətən onlarda bu xəstəlik çox gec, təsadüfən, sonuncu mərhələdə aşkarlanır. Kişilər ağciyərlərdə, döş qəfəsində ağrılardan rentgen və ya MRT olunduqda süd vəzilərində törəmə aşkarlana bilir.